Təsvir
Levofloksasinə həssas mikroorqanizmlər tərəfindən törədilmiş bakterial infeksiyalar.– kəskin sinusit- xroniki bronxitin kəskinləşməsi- xəstəxanaxarici pnevmoniya- sidikçıxarıcı yolların ağırlaşmamış infeksiyaları
– sidikçıxarıcı yolların ağırlaşmış infeksiyaları
– xroniki bakterial prostatit
– dəri və yumşaq toxuma infeksiyaları
– dərmanadavamlı vərəm formalarının kompleks müalicəsi
– intraabdominal infeksiyalar
ƏKS GÖSTƏRİŞLƏR :
EpilepsiyaAnamnezdə vətərlərin flüorxinolonların istifadəsi ilə əlaqədar meydana çıxan zədələnməsinin olması
Uşaqlıq və 18 yaşa qədər yeniyetməlik
Hamiləlik
Laktasiya dövrü
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq
Digər xinolonlara qarşı yüksək həssaslıq
HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :
Əks göstərişdir.
İSTİFADƏ QAYDASI VƏ DOZASI :
Preparat daxilə təyin olunur.Doza infeksiyanın xüsusiyyətinə və ağırlıq dərəcəsinə , həmçinin törədicinin dərəcəsinə görə təyin
olunur.
Gündə 1 – 2 dəfə 500 mq tablet çeynənmədən , kifayət qədər maye ilə daxilə qəbul olunur.Dozadan asılı olaraq , tableti bölmə
xətti üzrə bölmək olar.Preparat qida qəbulu ilə eyni zamanda və ya qida qəbulları arasındakı müddətdə qəbul oluna bilər.
ƏLAVƏ TƏSİRLƏRİ :
Həzm sisteminə : mümkün – sarılıq , qaraciyərdə həyati təhlükə yaradan qaraciyər çatışmazlığının inkişafına səbəb olan
nekrozun inkişafi halları
Sinir sisteminə : mümkün – ekstrapiramid pozğunluqlar və əzələ koordinasiyasının digər pozğunluqları
Duyğu orqanlarına : mümkün – qulaqda küy
DOZA HƏDDİNİN AŞILMASI :
Simptomları : huşun alatoranlaşması , başgicəllənmə , huşun pozulması , qıcolma tutması , QT intervalının uzanması ,
ürəkbulanma , MBT – nın selikli qişasının eroziv zədələnməsi.
Müalicəsi : simptomatik müalicə aparılır.EKQ – nin monitorinqi vacibdir , mədənin selikli qişasının müdafiəsi üçün antasidlərin
qəbulu mümkündür.
Reviews
Hələ rəylər yoxdur.